"TurStat" analitik agentliyi 2017-ci ildə Rusiyaya turizm səfərlərinin sayına görə ölkələrin reytinqini tərtib edib.
YeniAvropa xəbər verir ki, agentliyin məlumatlarına görə, 2017-ci ildə Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 876 min təşkil edib.
Ümumilikdə isə ötən ildə Rusiyaya əcnəbi turistlərin səfərlərinin sayı 24 milyondan çox olub.
Agentliyin məlumatına görə, keçən il Rusiyaya turist səfərlərinin sayına görə Azərbaycan beşinci yeri tutub.
2017-ci ildə Rusiyaya turist səfərlərinin sayına görə ölkələrin ilk beşliyində isə Ukrayna (8,7 milyon səfər), Qazaxıstan (3,5 milyon), Çin (1,5 milyon), Finlandiya (1 milyon) yer alıb.
Keçən il Rusiyaya turist səfərlərinin sayında artıma görə Çin və Cənubi Koreya lider olub. Çinlilərin Rusiyaya səfərlərinin sayı əvvəlki ilin göstərici ilə müqayisədə 15 faiz artaraq 1,5 milyona, Cənubi koreyalıların Rusiyaya turist səfərlərinin sayı isə 58 faiz artaraq 254 minə bərabər olub.
Bu barədə daha ətraflı məlumatı http://turstat.com/inboundtravelrussia2017 əldə etmək olar.