Cari ilin yanvar-iyul aylarında ölkəyə 2558 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki, bu nəqliyyat vasitələrindən 2453-ü daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 105-i isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.