logo


İranda 5,2 bal gücündə zəlzələ baş verib

09:25 21-01-2017 | icon 1792
İranda 5,2 bal gücündə zəlzələ baş verib

İranın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.

RİA Novosti agentliyi xəbər verir ki, Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbii fəlakətin episentri Kerec şəhərindən 17 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.