logo

Bakı restoranları yavaş-yavaş "ərəbləşir"lər

22:05 18-03-2018 | icon 2303
Bakı restoranları yavaş-yavaş "ərəbləşir"lər

Ötən ildən başlayaraq  ərəb turistlərinin Bakıya və Azərbaycanın turizm bölgələrinə böyük axını ictimai iaşə və ticarət obyektlərinin sahiblərinin də öz işində köklü dəyişikliklər etməyə vadar edib.

YeniAvropa xəbər verir  ki, artıq paytaxtdakı restoran və kafelərdə  ərəbcə menyular, hətta ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar peyda olmağa başlayıb.

Buna baxmayaraq, turistlər azərbaycanlıların hələ də ərəb dilini bilməməsindən gileylənirlər. Amma bu mənada “müsbət dəyişikliklər” də nəzərdən qaçmayıb – yerli əhali bəzi ərəb sözlərini öyrənibmiş.