VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-də 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunub.
YeniAvropa xəbər verir ki, milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan Sammitin açılış sessiyası Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldininin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb.
Rumıniya ilə Azərbaycanın Milli kitabxanaları arasındakı əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçall tezliklə ölkəsində Azərbaycan Mərkəzinin açılacağını bildirib. O, həmçinin gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb.
Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan bəhs edib. O, gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda, kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb.
Latviyanın sabiq prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətinliyindən bəhs edən keçmiş prezident ölkəsində uşaqlar və gənclər arasında kitaboxuma ənənəsinin olduğunu bildirib.
Makedoniya Respublikasının prezidenti George İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox.
Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan danışıb. O, kitabların insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini bildirib. Kitabların məlumat daşıyıcısı olduğunu vurğulayan İ.Parent kitabxanaların problemləri, onların həlli yollarından da bəhs edib.
Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq, nasistlər, həmçinin sovetlər dövründə kitablara qarşı bu əməllərin həyata keçirildiyini deyib. O, kitabın çox şeyi dəyişmək gücündə olduğunu, nəsillər arasında dialoq yaratdığını vurğulayıb.
Beynəlxalq Kitab Sammiti açılış sessiyasından sonra panel müzakirələrlə davam edib.
Qeyd edək ki, Beynəlxalq Kitab Sammitinin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə I Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb