logo

Ölkədə 1,5 milyon muzdlu işçi var

23:49 17-03-2018 | icon 3136
Ölkədə 1,5 milyon muzdlu işçi var

Fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1milyon 508,4 min nəfər olub. Onlardan 881,0 mini iqtisadiyyatın dövlət sektorunda, 627,4 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildiriblər ki, muzdla işləyənlərin 22,0 faizi təhsil, 19,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,9 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Yanvar ayında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.