"Sahil” metro stansiyasında yeni eskalatorlar quraşdırılıb
Hazırda təmirdə olan “Sahil” metro stansiyasında yeni eskalatorlar quraşdırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, Bakı metropoliteninin 2017-ci ilin avqust ayının 21-də yenidən qurulmasına başlanılmış “Sahil” metro stansiyasının təmir-bərpa işləri planlı surətdə davam etdirilir. 50 il əvvəl istismara verilmiş stansiyanın eskalatorları istismar müddəti başa çatdığı üçün yeniləndiyini və bu səbəbdən sərnişinlərin giriş-çıxışı üçün bağlandığını nəzərə alaraq, burada əsaslı təmir, yenidənqurma və bərpa işləri də aparılır. Çünki ağır hidrogeoloji mühitin təsiri ilə, eləcə də uzunmüddətli istismar dövründə stansiyanın sıradan çıxmış və köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturunun yenilənməsi günün qaçılmaz tələbi idi.
Artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb. Xatırladaq ki, sökülmüş “LT-3” tipli 3 eskalatorun əvəzinə, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Viktoriya” tipli 4 yeni avadanlıq quraşdırılıb. Lakin 4 eskalatorun quraşdırıldığı “28 May” metro stansiyasından fərqli olaraq, burada hər bir avadanlığın eni bir metrdir, həmçinin eskalatorlara giriş-çıxış, enişdə olduğu kimi, yuxarıda da eyni xətt üzrə yerləşəcək. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.
Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanmasına başlanılıb. Bu mərhələ texniki normativlərə uyğun olaraq, iki ay yarım davam edir. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilir, müvafiq tələblərə uyğunlaşdırılır, qaçış sınağı üçün hazırlanır. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sisteminin qurulması hazırlıqlarına da başlanılıb. Plana uyğun olaraq, ilk eskalatorun aprel ayının ilk yarısında sınaqdan çıxarılaraq qoşulması gözlənilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb