Rəşad Quliyev: Birlik qurultayına doğru....
Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyev: "Ortalığa çıxarılacaq bir dənə də olsun beynəlxalq media orqanımız, TV-RADİO proyektimiz yoxdur. Olanların isə taleyi məlumdur"
Hər gün haqsızlıqlarla üz-üzəyik.Azərbaycanımızın dilbər guşəsi olan Dağlıq Qarabağ rəsmən işğal olunub və bunu bütün beynəlxalq qurumlar da təsdiqləyirlər.Amma, təəssüflər olsun ki, bu istiqamətdə hələ ki, konkret addımlar atılmır. Bunun əvəzində ABŞ işğalçı,qondarma rejimin rəhbəri, cani Bako Saakyanın Amerika səfərinə şərait yaradır.Eləcə də, Avropanın bir sıra ölkələri qondarma "respublika"nın rəhbərliyinə təmsilçiliklər açmağa razılıq verir. Müraciət edib etiraz etdiyimizdə isə ,"bu bir qeyri- hökumət təşkilatıdır" deyib özlərini müdafiə edirlər. Demokratiya donunu geyinən Avropa İttifaqı birmənalı olaraq qondarma rejimləri öz ərazisində qadağan etməlidir, əks halda, Avropa İttifaqı ilə ticari, siyasi əməkdaşlıqlar göz önünə gətirilməlidir.
Bu gün Fransanın 13-ə yaxın şəhər, qəsəbə və kənd bələdiyyələri qondarma "respublika"nın Bendnazor adlandırdığı Laçın , Xankəndi və Şuşa ilə dostlaşmış şəhərlər müqavilələri imzalayıblar.
İran İslam Respublikası adlanan ölkədə yaşayan əhalinin yarıdan çoxunu azərbaycanlıları təşkil edir. Milli çoxluq olan bir xalqın dili, mədəni hüquqları əlindən alınıb. Molla rejimi xalqımın bütün haqqını əlindən alaraq mənəvi terror siyasəti həyata keçirir.
Borçalıda yaşayan həmyerlilərimizin bir çox problemləri hələ də çözülməyib.
Tarixi Zəngəzur torpaqlarında işğalçı rejimin hakimiyyəti zorla , hərbi güclə bərqərar edilib.
Təəssüflər olsun ki, bütün bunlar günümüzün reallıqlarıdır.Bəs nə etməli? Necə etməli? Yetər, gözləmə mövdeyində dayandığımız! Biz artıq hücum taktikasını seçməliyik.
Biz hücumu elə təşkil etməliyik ki, işğalçı Ermənistanın Qarabağ haqqında düşünməyə vaxtı olmasın! Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızın qaytarılması məsələsini gündəmə gətirməklə, hücumu artıq Qərbi Azərbaycan müstəvisinə qaldırmalıyıq və onlara gözləmədikləri mövqedən zərbə endirməliyik.
Bunun üçün sözsüz ki, güclü media dəstəyimizin olması olduqca vacib şərtdir. Etiraf etməliyik ki, hazırda dünyada media sahəsində problemlərimiz var.Qarşı tərəflə müqayisədə, iİnformasiya müharibəsində hələ ki, əskiklərimiz çoxdur. Burada bir xatırlatma etmək istərdim. Sizə heç də Avropadan, Amerikadan, ya da Rusiyadan danışmaq istəmirəm. Buralar artıq hər kəsə məlumdur. Heç ağlınıza gəlməyəcək bir ölkə- uzaq Uruqvaydan misal gətirərək, problemə güzgü tutacam. Heç bilirmisiz ki, Uruqvayda erməni diasporunun 3 telekanalı və bir radiosu var?! Məncə, artıq şərhə ehtiyac yoxdur!
Bizim isə ortalığa çıxarılacaq bir dənə də olsun beynəlxalq media orqanımız, TV-RADİO proyektimiz yoxdur. Olanlarında ki, taleyi məlumdur.
Bütün bunlardan sonra informasiya savaşında, işğalçılarla müqayisədə, informasiya müharibəsində üstünük deməyimiz heç də doğru olmazdı. Bəs biz nə etməliyik, çıxış yolumuz nədir? Yalnız və yalnız Birlik , Birlik və Birlik! Xarici ölkələrdə yaşayan soydaşlarımızın-diaspor təşkilatlarımızın bizim bu çağırışımıza qoşulmalarının artıq bir zərurət olduğu açıq-aydın ortadadır. Artıq bu yöndə konkret addımlar atmağın zamanının çoxdan yetişdiyi gün kimi aydındır. Parəkəndəliyə yetər deməli, milli qüvvələrin birliyinə nail olmalıyıq!
Artıq konkret nümunəmiz də ortadadır. Biz BİRLİK QURULTAYIna, əl-ələ, sevgilərlə, barışla , sülhlə gedirik. "Birlikdən güc doğar!" şüarı ilə qurultayda görüşmək ümidi ilə,dəyərli həmvətənlər!…..
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb