İyunun 24-25-də keçirilməsi nəzərdə tutulan buraxılış və qəbul imtahanları ilə bağlı məsələ Operativ Qərargahda müzakirə edilib. Buraxılış və qəbul imtahanlarının təxirə salınması barədə qərar qəbul olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
Leyla Abdullayeva deyib ki, buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək: " Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcək".