Bu gün orta məktəbləri bitirən şagirdlər üçün virtual "Son zəng” keçirilib.
YeniAvropa xəbər verir ki, bu tədris ilinin məzunları üçün son zəngi, ötən illərdən fərqli olaraq, təhsil naziri Ceyhun Bayramov çalıb.
2019-2020-ci tədris ilinin virtual "Son zəng”i yaddaşlara belə qalacaq:
Virtual “Son zəng” Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsindən canlı yayımlanıb.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirib.