logo

Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

22:41 13-03-2018 | icon 2429
Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 107 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.