logo

Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb

12:21 13-03-2018 | icon 2240
Xınalıqda qarın hündürlüyü 25 santimetrə çatıb

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

YeniAvropa Quba rayon İcra hakimiyyətinə istinadla xəbər verir  ki, martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumatda qeyd edilib ki, ən aşağı temperatur rayonun Qırız kəndində qeydə alınıb-13 dərəcə.

Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub.