logo

Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetrə çatır

14:25 10-03-2018 | icon 2296
Şahdağda qar örtüyünün hündürlüyü 38 santimetrə çatır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi martın 9-u gündüzdən 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən YeniAvropa-ya  verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 millimetr olub.

Qar örtüyünün hündürlüyü Şahdağda (Qusar) 38, Qırızda 12, Xınalıqda (Quba) 4, Rvarudda 3, Kəlvəzdə (Lerik) 2 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.