logo

RƏSMİ: II yarımili üzrə şagirdlərin qiymətləndirilməsi keçirilməyəcək

17:57 07-05-2020 | icon 4004
RƏSMİ: II yarımili üzrə şagirdlərin qiymətləndirilməsi keçirilməyəcək

2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. İllik qiymətləndirilmə çıxarılmasında və növbəti sinfə keçirilmədə şagirdlərin tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Həmin qiymətlər əsasında şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinfə keçid təmin ediləcək.

YeniAvropa xəbər verir ki, bu fikirləri mayın 7-də  Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov səsləndirib.

Nazir qeyd edib ki, nəticələrini yaxşılaşdırmaq istəyən şagirdlər tədris ili öncəsi yenidən məktəbə müraciət edə bilərlər.