logo

İlham Əliyev Bakı şəhər Statistika İdarəsi binasının açılışında iştirak edib

10:37 07-03-2018 | icon 5607
İlham Əliyev Bakı şəhər Statistika İdarəsi binasının açılışında iştirak edib

Martın 7-də Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

YeniAvropa xəbər verir  ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

Sonda xatirə şəkli çəkdirilib.