logo

Müdafiə naziri ön xətt bölmələrində olub

15:07 06-03-2018 | icon 2625
Müdafiə naziri ön xətt bölmələrində olub
 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.