logo

Milli Məclisin  plenar iclası keçirilir

12:07 06-03-2018 | icon 2408
Milli Məclisin  plenar iclası keçirilir

Martın 6-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

YeniAvropa xəbər verir  ki, əvvəlcə parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Plenar iclasda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, Seçki, Şəhərsalma və Tikinti, İnzibati Xətalar, Cinayət, Ticarət Gəmiçiliyi məcəllələrində, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Dövlət qulluğu haqqında”, “Yaşayış minimumu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sosial sığorta haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial müavinətlər haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihələrini, həmçinin “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.