Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı öz işinə başlayıb. YeniAvropa xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir sıra tanınmış memarlara mükafatlar təqdim olunub.
Qurultayda Azərbaycan Memarlar Ittifaqı İdarə Heyətinin 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabat və Təftiş Komissiyasının hesabatı dinlənilib.