logo

ARDNF “Şahdəniz” qazının satışından bu il 100 milyon dollar gəlir götürüb

19:09 01-04-2020 | icon 2814
ARDNF “Şahdəniz” qazının satışından bu il 100 milyon dollar gəlir götürüb

2007-ci ildən bu il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qazın satışından əldə etdiyi gəlirlər 2 milyard 834 milyon dollar olub.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, cari ilin yanvar-mart aylarında Neft Fondunun “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 100 milyon dollar təşkil edib.