Martın 5-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, iclasda iştirak etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və digər rəsmi şəxslər bu gün Tbilisiyə gəliblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.