Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maska olacaq.
“Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, - deyə məlumatda vurğulanır.