logo

Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

12:57 04-03-2018 | icon 2450
Pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21120” markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.