Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin YeniAvropa-ya verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, martın 4-də arabir güclənən gilavar küləyinin martın 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.