Dünya birjalarında neftin qiyməti bahalaşıb. YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar bahalaşaraq 65,11 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar bahalaşaraq 64,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar artaraq 61,25 dollar təşkil edib.