Azərbaycanda ən yaslı secicinin 124 yasi var. Bu, 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi, 1894-cü il təvəllüdlü Allahverdiyə Səmərqə Gülməmməd qızıdır.
YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.Onun sözlərinə görə, ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cu il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur.
MSK sədri daha sonra qeyd edib ki, hazırda Azərbaycan üzrə seçicilərin sayı 5 milyon 309 min 434-dür.Onlardan 50, 78 faizi qadın, 49.22 faizi isə kişidir.
MSK sədri qeyd edib ki, məcburi köçkün seçicilərinin sayı 337 870 nəfərdir.