YeniAvropa xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. "Femida-007" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir.
Hadisənin təfərrüatları araşdırılır.
Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.