“Azercell" idmançı qadınların simasında bütün xanımları təbrik etdi
“Azercell Telekom” MMC Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə idmançı qadınların simasında bütün xanımları təbrik edib.
Öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.
YeniAvropa xəbər verir ki, “Azercell” bu günə və bu mövzuya özəl Milli Olimpiya və Paralimpiya Komandasının atletləri olan Afaq Sultanova, Elnarə Abbasova, İlahə Qasımova və Vüsalə Kərimovanın iştirakı ilə videoçarx hazırlayıb. Şirkətin Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bu layihə haqqında danışarkən aşağıdakıları söyləyib: “İllər ərzində qadınların necə görünməli, necə davranmalı, hansı xüsusiyyətlərə malik olmalı mövzusunda rəyləri çox eşitmişik, bu mövzu müxtəlif məşhurlar, qurumlar tərəfindən mütəmadi olaraq gündəmə gətirilib. Ən çox da həyatını idmana həsr edən qadınlar bu stereotiplərlə qarşılaşıb. Lakin bizim Milli Olimpiya Komitəsi ilə məğrur tərəfdaşlığımız, idmançı qadınlarla ünsiyyət bizə onların qəhrəmanlığı, məqsədyönlü olması ilə yanaşı, eyni zamanda, gözəl xanım, fədakar ana, uğurlu qadın olduqlarını yaxından müşahidə etmək imkanı yaratdı və bu videoçarxı çəkməyə həvəsləndirdi. Qadın atletlərimizin simasında bütün Azərbaycan xanımlarına həyat məqsədlərinə, arzularına yetmələri üçün kifayər qədər cəsarətli, güclü və xoşbəxt olmağı arzu edirik”.
Qeyd edək ki, bu günədək ölkədə sosial rifahın artırılmasına, digər sahələrlə yanaşı, idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə yönəlik layihələr həyata keçirən “Azercell” şirkəti ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında fevral ayının 28-i əməkdaşlıq haqqında memorandum imzalanıb. Şirkət 2021-ci ilin sonunadək Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb