Prezident İlham Əliyev Bakının Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib. YeniAvropa xəbər verir ki, bu barədə "Azvision.az"ın hadisə yerində olan əməkdaşı məlumat verib.
Qeyd edək ki, bu gün saat 06.10-da Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib. Yanğın saat 09.13-də söndürülüb. Korpusda olan 55 nəfərdən 34-ü xilas edilib. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.