Martın 1-də Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, “Bir əsrin xatirəsi” mövzusunda təşkil olunan tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlanıb. Şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.
Məktəbin akt zalında davam edən tədbirdə məktəbin inkişaf yolundan, fəaliyyət göstərdiyi 100 il ərzində qazandığı uğurlardan bəhs olunub. Vurğulanıb ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.