logo

Daha 15 qanunsuz miqrant saxlanılıb

19:43 01-03-2018 | icon 2289
Daha 15 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

DMX-dən YeniAvropa-ya bildiriblər ki, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 15 əcnəbi saxlanılıb. Onlardan yeddisi Pakistan, altısı Hindistan, ikisi Şri-Linka vətəndaşıdır.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən iki Hindistan və iki Şri-Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı müəyyənləşib.

Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyənləşdirilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.