Azərbaycan vətəndaşlarına “ASAN xidmət” mərkəzləri tərəfindən viza verilməsi üçün danışıqlar aparılır.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bunun üçün "ASAN viza 2" konsepsiyası hazırlanıb. Hazırda müvafiq qurumlarla danışıqların aparıldığını söyləyən İ.Kərimov vurğulayıb ki, pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları istədikləri ölkəyə vizanı daha rahat əldə edə biləcəklər.