logo

FHN İranın “TARADİS” gəmisinin heyət üzvünün axtarışını davam etdirir

20:15 28-02-2018 | icon 2170
FHN İranın “TARADİS” gəmisinin heyət üzvünün axtarışını davam etdirir

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları fevralın 28-də davam etdirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) YeniAvropa-ya  bildiriblər ki, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində aparılan axtarış işlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.

Axtarışlar barədə əlavə məlumat veriləcək.