Cari ildə Bakı metrosu üçün ilk yeni qatarların may ayında gətirilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, mayda 4 qatar, ümumilikdə isə 20 vaqonun paytaxta gətirilməsi nəzərdə tutulur.