logo

Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib

16:57 20-02-2020 | icon 2842
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib

Rusiya Federasiyası Hökumətinin sərəncamı ilə Başqırdıstan Respublikası Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinin rəhbəri Ruslan Mirsayapov Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi vəzifəsinə təyin edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Komitənin Mətbuat xidməti məlumat yayıb.

Ruslan Mirsayapovun iki ali təhsili var - 43 yaşlı məmur Başqırdıstan Dövlət Universitetini “İngilis dili” və Başqırdıstan Dövlət Aqrar Universitetini “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə bitirib.

Onun Rusiya prezidentinin himayəsi altında olan idarəetmə kadrları ehtiyatına daxil olduğu bildirilir.

Rusiyanın Azərbaycandakı yeni ticarət nümayəndəsi Ruslan Mirsayapov vəzifəsinin icrasına martın 1-dən başlayacaq.