logo

Sabah Bakıda 10° isti olacaq

14:52 28-02-2018 | icon 2135
Sabah Bakıda 10° isti olacaq

Ölkə ərazisində martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya  verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman və çiskin olacaq. Şimal-qərb küləyini gündüz mülayim cənub-şərq küləyi ilə əvəz edəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək, arabir qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam arabir yağış, bəzi yerlərdə isə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz olacağı,

gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-5° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecəyə doğru bəzi yerlərdə havanın çiskinli, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Arabir qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-2° isti, gündüz 5-8° isti olacaq.