“Rabitəbank” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar üçün möhtəşəm kredit kampaniyasına start verib! Bankdan YeniAvropa-ya bildirilib ki, indi qadın sahibkarlarımız illik faiz dərəcəsi cəmi 14,9 faiz və maksimal məbləğ 1.000.000 AZN olmaqla, 24 ay müddətinə bankın təqdim etdiyi biznes kreditlərdən faydalanaraq xəyallarında olan ideyaları biznesləri üçün asanlıqla reallaşdıra bilərlər.
Kreditin verilməsi üçün tələb olunan minimal iş təcrübəsi cəmi 6 ay təşkil edir və güzəştli şərtlərdən yaralanmaq üçün 1 – 31 mart 2018-ci il tarixləri arasında bankın istənilən filialına, www.rabitabank.com saytına və 133 nömrəli Məlumat Mərkəzinə müraciət etmək kifayətdir. Həmçinin bankın sosial media səhifələrində peşəkar mütəxəssislər tərəfindən bütün sorğular cavablandırılır.
“Rabitəbank” builki bayramı işgüzar xanımlarımız üçün unudulmaz edəcək!
Kreditin şərtləri ilə http://bit.do/businesswoman linkində ətraflı tanış olmaq olar.
Qeyd edək ki, “Rabitəbank” bu il 25 illiyini qeyd edir və bununla əlaqədar il ərzində müştəriləri üçün yeni və faydalı kampaniyalar hazırlayıb təqdim etməyi hədəfləyir.
Hazırda Bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və 1 şöbə vasitəsilə Bakı şəhərini və Azərbaycanın 15 regionunu əhatə edir.
Telefon:133, Veb: www.rabitabank.com Facebook: www.facebook.com/rabitabank/Instagram: www.instagram.com/rabita_bank/