Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar azalaraq 67,99 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar ucuzlaşaraq 66,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar azalaraq 62,68 dollar təşkil edib.