Bu gün peşə məktəblərində ilk buraxılış imtahanı keçirilir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir.
YeniAvropa xəbər verir ki, imtahan saat 11:00-da başlayıb. İmtahan binasına buraxılış saat 10:45-də başa çatıb və bundan sonra gələn şagirdlər imtahana buraxılmayıb. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə, ümumilikdə, 85 tapşırıq təqdim edilib. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb.
Qeyd edək ki, bəzi imtahan binalarına giriş zamanı “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər. İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3178 (Bakıda 1259, Gəncədə 280, Şəmkirdə 77, Gədəbəydə 60, Qazaxda 37, Tovuzda 110, Sumqayıtda 270, Şamaxıda 52, Qaxda 76, Bərdədə 155, Göyçayda 58, Kürdəmirdə 12, Zərdabda 40, Şirvanda 95, Sabirabadda 60, Biləsuvarda 53, Salyanda 52, Saatlıda 88, Lənkəranda 80, Cəlilabadda 88, Qubada 71, Qusarda 37, Xaçmazda 68 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 33 imtahan rəhbəri, 294 nəzarətçi-müəllim ayrılıb.
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib