logo

Bakıda 24 qanunsuz miqrant saxlanılıb

20:59 27-02-2018 | icon 2317
Bakıda 24 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

DMX-dən  YeniAvropa-ya  bildiriblər ki, qurumun qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 əcnəbi saxlanılıb. Onlardan 16-sı Hindistan, 5-i Pakistan, 2-si Nepal və 1-i Türkiyə vətəndaşıdır.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən üç Pakistan, bir Hindistan və bir Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı müəyyənləşib.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.