logo

Çin Azərbaycan vasitəsilə İtaliyaya yük qatarı göndərdi

17:58 27-02-2018 | icon 2786
Çin Azərbaycan vasitəsilə İtaliyaya yük qatarı göndərdi

Çinin Urumçi şəhərindən İtaliyanın Neapol şəhərinə yola düşən yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək. 

YeniAvropa “chinadaily.com” saytına istinadla xəbər verir ki, Urumçidən yola düşən  yük qatarı ilə pomidor məhsulları daşınır. 44 konteynerdən ibarət yük qatarı fevralın 26-da yola çıxıb, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək İtaliyanın Neapol şəhərinə gedəcək.

Məlumatda bildirilir ki, qatar 10 min 500 kilometrlik məsafəni 25 gün müddətində başa vuracaq.

Xatırladaq ki, Çindən Avropa istiqamətinə bu il Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 1400 konteyner göndərilməsi planlaşdırılıb.