Sahibkarlar üçün iqtisadi islahatlar barədə seminarlar təşkil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarların ölkədə uğurla həyata keçirilən islahatlar barədə məlumatlandırılması üçün son bir həftə ərzində 10-dək seminar keçirilib.
Bu barədə YeniAvropa-ya İİTKM-in PR meneceri Zənurə Talıbova məlumat verib. Qeyd edilib ki, seminarlarda vahid onlayn ixrac ərizəsi, gömrükdə yaşıl dəhliz, elektron məhkəmənin iqtisadi mühitin yaxşılaşdırılmasında töhfəsi, kredit büroları, daşınar əmlakın yüklülüyü, daşınmaz əmlakın qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma və s. mövzularda müzakirələr təşkil olunub. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, "Azexport.az" və digər dövlət qurumlarının nümayəndələri sahibkarlar qarşısında təqdimatlar edərək, aparılan islahatları izah ediblər. Seminarlarda yüzlərlə Azərbaycan sahibkarı iştirak edib və onların iqtisadi islahatlarla bağlı sualları cavablandırılıb. Tədbirlərdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan hazırda Avropa və Mərkəzi Asiyada ən islahatçı ölkə kimi qiymətləndirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, həmçinin islahatların daha praktik izah edilməsi üçün sahibkarların müxtəlif dövlət qurumlarına məlumat turlarını təşkil edir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb