Azərbaycan neftinin bir barrelinin qiyməti 69 dollara yaxınlaşıb.YeniAvropa xəbər verir ki “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar bahalaşaraq 68,87 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 67,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar azalaraq 63,81 dollar təşkil edib.