Ötən ilin avqustundan təmirə dayandırılan "Bakı metropoliteni" QSC-nin "Sahil" stansiyası bu il iyulun 1-nə qədər təhvil veriləcək.
YeniAvropa xəbər verir ki, bu haqda qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Eyni zamanda, eskalatorların quraşdırılması davam etdirilir.
Qeyd edək ki, bu il "Xətai" metrostansiyasının da təmirə bağlanacağı gözlənilir. "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" metrostansiyasının təmirinə başlanması gözlənilir. Təmir işləri stansiyada olan eskalatorların 50 illik istismar müddətini başa vurması ilə əlaqədardır.