logo

Mərkəzi Avropada XXI əsrin ən aşağı temperaturu qeydə alınıb

21:43 26-02-2018 | icon 2198
Mərkəzi Avropada XXI əsrin ən aşağı temperaturu qeydə alınıb

Bir neçə gündən bəri Rusiyanın Sibir regionundan Avropa istiqamətində hərəkət edən aşağı təzyiqli hava kütlələri Avstriya ərazisində temperaturun kəskin düşməsinə səbəb olub.

YeniAvropa xəbər verir  ki, avstriyalı sinoptiklər fevralın 25-dən 26-na keçən gecəni zarafatyana Avstriyada XXI əsrin ən soyuq gecəsi adlandırıblar. Alp dağlarında yerləşən Sonnblik metroloji stansiyasında civə sütunu son iyirmi ilin ən aşağı göstəricisini (-30,6 dərəcə) qeydə alıb.

Yaşayış məntəqələri içərisində isə ən aşağı temperatur İtaliya ilə həmsərhəd Karintiya əyalətindəki Flattnits qəsəbəsində (-25,4 dərəcə) müşahidə olunub.

Sinoptiklərin məlumatına görə, arktik hava şəraiti öz zirvə nöqtəsinə həftənin çərşənbə axşamı çatacaq. Həmin gün paytaxt Vyanada temperaturun -20 dərəcəyədək düşəcəyi, dağlıq ərazilərdə isə yeni rekordun qeydə alınacağı gözlənilir.