2019-cu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47,5 milyon ton, yük dövriyyəsi isə 10 milyard 180,5 milyon ton-kilometr olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, yüklərin 31 milyon tonu və ya 65,2 faizi avtomobil nəqliyyatı, 12,1 milyon tonu və ya 25,5 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 415,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3 faizini və ya 7,2 milyon tonunu tranzit yüklər təşkil edib.