Bu gün Azərbaycanın baş naziri Artur Rasizadənin 83 yaşı tamam olur.YeniAvropa xəbər verir ki, Artur Tahir oğlu Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.Əslən Naxçıvan Muxtar Respublikasındandır. Artur Rasizadə Azərbaycan tarixində unikal iz qoymuş şəxsdir, belə ki, həm ikinci, həm də üçüncü Respublikanın hökumətinin rəhbərliyinə daxil olub. 1986-cı ildən 1991-ci ilə kimi o, Azərbaycan SSR-in Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub və energetika, maşınqayırma, müdafiə, neft və kimya sənayelərini kurasiya edib. Üçüncü Respublikanın təşəkkülü dövründə isə Respublikanın qurucusu Heydər Əliyevin köməkçisi, daha sonra müstəqil Azərbaycanın baş nazirinin birinci müavini olub. 1996-cı ildən bu günə qədər ölkə hökumətinə rəhbərlik edir.