Ötən il ölkədə istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, il ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 17,4 faiz azalıb. Həmçinin keçən il 905 traktor istehsal edilib.