logo

1866 tikinti obyektində şəhərsalma qaydalarına riayət olunmayıb

16:50 24-01-2020 | icon 3073
1866 tikinti obyektində şəhərsalma qaydalarına riayət olunmayıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ümumilikdə 1866 tikinti obyektində şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alıb.

Komitədən YeniAvropa-ya bildirilib ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yanvarın 24-də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

A.Quliyev bildirib ki, keçən il komitə tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib olunub.