Gürcüstan ərazisinə daxil olan əcnəbilər gələn ildən nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər
Gürcüstan ərazisinə avtomobillə daxil olan əcnəbilər 2018-ci ildən etibarən idarə etdikləri nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər.YeniAvropa xeber verir ki, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.Gürcüstana gələcək xarici ölkə vətəndaşına sərhəd keçid məntəqələrində idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq.
Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL(20,11 azn), bir aylıq paket üçün 50 GEL(33,52 azn), birillik isə 292 GEL(195,75 azn) ödəyəcəklər. Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.
Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaq.