Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
YeniAvropa xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar bahalaşaraq 67,49 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar artaraq 63,83 dollar təşkil edib.